ilham Əliyev Kastronun elçisini qəbul edib
Prezident İlham Əliyev Kubanın Azərbaycandakı səfirini qəbul edib. AzərTAc xəbər verir ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini deyib. Səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulanıb. Bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50