Ərdoğan ingilisə tərbiyəsiz dedi
Türkiyənin baş naziri Ərdoğan 2012-ci il London Yay Olimpiya Oyunlarında qalmaqalla üzləşib.
Mia.az Haberturk-ə istinadən xəbər verir ki, Türkiyənin Anqolanı 72:50 hesabı ilə yendiyi qarşılaşmadan sonra TRT-yə müsahibə vermək üçün VİP tribunasından qarışıq zonaya keçmək istəyən Ərdoğanın qarşısını ingiltərəli təhlükəsizlik xidməti əməkdaşı kəsib. O, ?Buradan yalnız idmançılar istifadə edə bilər. Sizin keçməyinizə icazə yoxdur? deyib. Türkiyənin gənclər və idman naziri Suat Kılıç və Ərdoğanın ətrafındakı digər heyət üzvləri ingiltərəliyə sərt reaksiva veriblər. Ərdoğanın mühafizəçilərinin müdaxiləsindən sonra isə qarışıqlıq yaranıb. 5 dəqiqəyədək davam edən problem türkiyəli rəsmilərin digər təhlükəsizlik xidməti əməkdaşlarından kömək istəməsinin ardından çözülüb.
Sonda Ərdoğan qarşısını kəsən ingiltərəli təhlükəsizlik xidməti əməkdaşına iki dəfə türkcə ?Sən necə də tərbiyəsiz adammışsan!? deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50