Polis Əli Kərimlinin mühafizəçisini tutub (Yenilənib)
AXCP fəalı Bəhruz Həsənov iyulun 11-də günorta saatlarında saxlanılıb. Onu idmandan qayıdarkən iki nəfər mülki geyimli saxlayıb və Suraxanı RPİ 33-cü polis bölməsinə aparıb. Ona saxlanmasının səbəbi haqda heç nə deyilməyib. Məlumatı AXCP-dən veriblər.
Bəhruz Həsənov partiya sədri Əli Kərimlinin mühafizəsinin təşkilində iştirak edir. O, bu yaxınlarda azadlığa çıxan vicdan məhbuslarından Babək Həsənovun qardaşıdır.
Son məlumata görə, Əli Kərimlinin mühafizəçisinə Suraxanı rayon məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası verilib. Yeni Günəşli qəsəbəsində tutulan Bəhruz Həsənovu Qaraçuxur qəsəbə sakini Şahin Əliyevin şikayəti əsasında saxlayıblar. Guya B.Həsənov guya ona satışıb və bu zaman hadisə yerinə gələn polislərə tabe olmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08