Tovuzda 2 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakıdan Qazax istiqamətində hərəkətdə olan Vüqar Manafovun idarə etdiyi ?Mercedes? markalı, 05-BE-535 dövət qeydiyyat nişanlı sərnişin avtobusunun qarşısına Vasif İsrafilovun idarə etdiyi ?VAZ-2107? markalı avtomobil çıxıb. Nəticədə "jiquli"də olan 6 nəfərdən ikisi sürücü Vasif İsrafilov və 55 yaşlı Gülyaz Quliyeva hadisə yerindəcə ölüb. Qeyd edək ki, avtomaşında olan 6 nəfərdən ikisi uşaq olub. Onlardan hər ikisinin vəziyyəti ağırdır. Bununla da, ölkə ərazisində iyuldan bəri yol qəzalarında 77 insan dünyasını dəyişib. Təkcə iyun ayında isə 130-a yaxın insan yol qəzalarının qurbanı olub.