Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu; Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şıxlar və Sarıcalı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.