Ayaz Mütəllibov Bakıdadır
Hazırda Heydər Əliyev adına Hava Limanında olan əməkdaşımızın musavat.com saytına verdiyi məlumata görə, eks prezident Ayaz Mütəllibov Bakıya qayıdır. Müxbirimizin sözlərinə görə, təyyarə saat 19:30-da Hava Limanına eniş edib: ?Ayaz Mütəllibovu qarşılamaq üçün buraya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və eks prezidentin 100-ə yaxın tərəfdaşı toplaşıb. Hazırda hər kəs eks prezidenti qarşılamaq üçün gözləyir?.
Əməkdaşımızın bu dəqiqələrdə verdiyi məlumata görə, eks prezident Ayaz Mütəllibov artıq evinə yollanıb.
Qeyd edək ki, Ayaz Mütəllibov sonuncu dəfə Bakıya oğlunun dəfn mərasimində iştirak etmək üçün gəlmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08