Azərbaycan Dövlət Net Şirkətinin işçisi, 1960-cı il təvəllüdlü Zahid Səlimov keçirdiyi psixoloji sarsıntı səbəbindən özünü dənizə ataraq intihar edib. Mia.az-ın xəbərinə görə, hadisə iyulun 6-da baş verib. Həmin günü saat 14.00 radələrində ?Azneft? İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin neft-qaz hasilatı üzrə operatoru 1960-cı il təvəllüdlü Səlimov Zahid Xoşbala oğlu Bulla-dəniz yatağındakı 56 nömrəli özüldə psixoloji sarsıntı keçirərək, özünü dənizə atıb: ?Onu xilas etmək mümkün olmayıb?.