Zərdab rayonunda faciəvi hadisə baş verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, rayonda Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı üçün tikilən yeni binasında iş vaxtı bədbəxt hadisə yaşanıb. Aldığımız məlumata görə, Davud adlı işçi binanın ikinci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan fəhləni Bakıya gətirmək istəsələr də, o, Ucarda yoldaikən dünyasını dəyişib. Bu səbəbdən də onu geri Zərdaba qaytarıblar.