Bu gün günorta saatlarında İmişli şəhərində 19 yaşlı gəlin intihar edib. Rayon Prokurorluğunun müstəntiqi Elşad Əzimovun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Samirə Rafiq qızı Novruzova özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Meyit müayinə üçün tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır. İntihar edən Samirənin qardaşı Rəhman Novruzovun verdiyi məlumata görə, bacısı təzə ailə qurubmuş. Samirəni həyat yoldaşının evində incidirmişlər. O, qaynanası və baldızı ilə yola getmirmiş. Rəhman Novruzovun sözlərinə görə, bacısı hamilə olub(anspress).