İyunun 25-də Bakı şəhərinin Yasamal rayonunda İran İslam Respublikasının səfirliyinə məxsus obyektdə yanğın olub. Nəticədə ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğından yaxınlıqdakı evlər mühafizə olunub.