Əli insanovun sabiq müdafiəçisi qovuldu
Dünən Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) ümumi yığıncağı keçirilib. Qurumun toplantısında Rizvan Talıbov QAQB sədri vəzifəsindən azad edilib. Yığıncağın bəyanatında deyilir ki, iclasda QAQB sədrinin birinci müavini Yalçın Qəhramanoğlunun Talıbova qarşı səsləndirdiyi ittihamlar müzakirə olunub: ?Talıbovun son illərdəki fəaliyyəti müzakirə olunub və verdiyi bir sıra bəyanatlar və sərəncamlar barədə QAQB MNTK-sının rəyi dinlənilib.
Qeyd olunub ki,R.Talıbovun yarıtmaz və düşünülməmiş addımları səbəbindən QAQB-nin fəaliyyəti iflic olunub, məramnamədən sapmalara yol verilib. MNTK sədrinin əsaslandırılmış məruzəsinə əsasən bəlli olub ki, R.Talıbov kobud şəkildə nizamnamə pozuntularına yol verib. Y.Qəhramanoğlunun bəyanatına haqq qazandırılaraq, R.Talıbova qarşı səsləndirdiyi ittihamlar əsaslı hesab olunub?.
Bu və digər səbəblərdən R.Talıbov QAQB sədri vəzifəsindən və təşkilat üzvlüyündən xaric olunub, qurumun İdarə Heyətinin üzvü Abdalov İxtiyar Əliş oğlu yeni sədr seçilib.
Musavat.com
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08