Deputat Cavid Qurbanovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC məhkəməyə verilib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, millət vəkilinin rəhbərlik etdiyi dövlət təşkilatını məhkəməyə verən ?Azərsu? səhmdar cəmiyyətidir. Ancaq Qorxmaz Hüseynovun rəhbərlik etdiyi ?Azərsu? SC-nin iddia tələbləri birinci instansiya məhkəməsi sayılan 1 saylı Bakı İnzibati-İqtisadi Məhhkəmədə əsassız sayılıb: ?Qorxmaz Hüseynovun prezidenti olduğu ?Azərsu?nun ?Azəryolseris? və onun tabeliyində olan Qobustan rayon 2 saylı Yol İstismar İdarəsinə qarşı qaldırdığı supulu borcu ilə bağlı məhkəmə çəkişməsi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılır. Hakim iş üzrə iyunun 28-ə proses təyin edib?. Məsələyə tərəflərdən münasibət öyrənə bilməsək də, Bakı Apellyasiya Məhkəməsindən belə bir məhkəmə çəkişməsinin olduğu təsdiqlənib.