Ordumuz Qazaxın üç kəndində nazarəti ələ alıb
Hərbi mənbələrdən Defence.az-a bildirilib ki, Qazax istiqamətində gedən döyüşlər nəticəsində Azərbaycan ordusu həmin istiqamətdə 3 kənd üzərində nəzarəti tam bərpa edib. Bu Qazaxın Yuxarı Əskipara, Quşçu Ayrım və 2-ci Cəfərli kəndləridir. Kəndlərə ağır texnika yeridilib. Bu kəndlər neytral zonada yerləşsə də, daim Ermənistan ordusunun atəşi altındaydı və ermənilərin kəşfiyyat deversiya qrupları ara-sıra bu kəndlərə daxil olurdular.
Qazax istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu ümumən 6 nəfər şəhid verib. Onlardan 5 nəfəri erməni kəşfiyyatçılarının hücumu zamanı şəhid olub. Bəzi təstiqlənməmiş məlumatlara görə döyüşlər nəticəsində erməni tərəfi yaralılarla bərabər 17 nəfər itki verib. Ermənistan bu istiqamətdə yalnız 8 (3 ölü, 5 yaralı) nəfər itki verdiyini təstiq edir. Qeyd edək ki, bu isitqamətdə döyüşlər iyunun 4-də erməni kəşfiyyat diverisya qrupunun Azərbaycan ordusunun mövqelərinə hücumundan sonra başlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08