ümid Partiyası Göyçayda konfrans keçirdi
gn=left]2010/umid-partiyasi.jpg[/libt]
Göyçay rayonunda Ümid Partiyasının yerli təşkilatının növbəti konfransı keçirilib. Konfransda təşkilati məsələlər, ölkədəki ictimai-siyasi durum və ÜMİD Partiyasının növbəti qurultayına nümayəndələrin seçilməsi müzakirə olunub. İlqar Yusifov Ümid Partiyasının Göyçay Rayon Təşkilatının yeni sədri seçilib.
Eyni zamanda İlqar Məhərrəmli Partiyanın Göyçay Rayon Təşkilatının Ali Məclisinin sədri seçilib və qurultay nümayəndələri müəyyən olunub. Konfransda Ümid Partiyasının Mərkəzi Aparatının nümayəndələri də iştirak edib. Partiya sədrinin Seçki və Təbliğat məsələləri üzrə müavini Taleh Əliyev, İctimaiyyətlə Əlaqələr üzrə müavin Aynur İmranova və İqtisadi məsələlər üzrə müavin Razi Abasbəyli çıxış ediblər. Sonda konfrans iştirakçılarını maraqlandıran sual ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51