Əvəz Temirxandan təklif: "ATƏT eqidası altında Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilsin"
ALP sədri Ə.Temirxan, AXCP sədri Ə.Kərimli, Müsavat başqanı İ.Qəmbər, Ədalət partiyasını sədri İ.İsmayılov, Ümid Partiyasının sədri İ.Ağazadə, BQP sədri F.Mustafa, BAXCP sədri Q.Həsənquliyev, YAP sədr müavini Ə.Əhmədov, Ana Vətən Partiyasının sədri F. Ağamalı, SRP sədri X.Kazımlı, VBP sədri S. Hacıyev və ADİP sədri A.Mollazadə birlikdə ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya xarici işlər naziri Eymon Gilmorla görüşüblər.
Ə.Temirxan ATƏT-in Minsk Qrupunun ünvanına həm iqtidar, həm də müxalifət nümayəndələri tərəfindən səslənmiş tənqidi fikirləri dəstəkləmiş, Ermınistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həllində Ermənistandan qovulmuş azərbaycanlıların vətəndaş hüquqlarının bərpasının mütləq nəzərə alınması zərurətini vurğulayıb.
Ə.Temirxan Azərbaycanda müxalif siyasi partiyaların iqtidar tərəfindən yaradılmış son dərəcə ağır şəraitdə fəaliyyət göstərdiyini qeyd edib.
O, bildirib ki, Azəırbaycanda nəinki məhkəmə orqanlarının, hətta vəkilliyin belə hakimiyyətin monopoliyasında olduğunu bildirmiş, peşəkar hüquqşünaslar İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Nurllana Əliyevanın qsədən Vəkillər Kollegiyasına qəbul edilmədiyini, Xalid Bağırovun və Elçin Namazovbun isə müstəqil mövqelərinə görə Vəkillər Kollegiyasından kənarlaşdırıldığını ATƏT sədrinin nəzərinə çatdırıb.
Ə. Temirxan ölkənin son 19 ildə soyuq vətəndaş müharuibəsi şəraitində yaşadığını bildirmiş, Misirdə, Tuniusdə, Liviyada, Suriya hadisələrinin Azərbaycanda təkrarolunmasını ölkə üçün faciə ilə nəticələnəcəyini bildirmiş və avtoritar sabitlikdən demokratik sabitliyə gedən ən yaxşı yolun iqtidar-müxalifət dialoqu olduğunu bildirib.
O, təklif edir ki, ATƏT eqidası altında Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51