Sumqayıtla Hacı Zeynalabdin Tağıyev qəsəbəsi arasında yerləşən zavodlarının birinin həyətindən xeyli silah-sursat tapılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə şahidlərdən biri məlumat verib. Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, zavodun ətrafında təhlükəsizlik zolağı yaradıldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin və mütəxəssislərin birgə əməliyyat tədbirləri nəticəsində silah-sursatlar zərərsizləşdirilərək, götürülüb?. #246;r