Bu gün Bakıda göydən "od tökülür"
Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Temperatur gecə 20-24, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq: İyunun 15-i və 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 35-38, yarımadanın bəzi yerlərində 40, Naxçıvan MR-in və aran bölgəsinin bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir. İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən aşağı enəcəyi ehtimalı var.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08