Artıq bir aydan çoxdur ki, Səbail rayonu, 20-ci yaşayış sahəsi deyilən əraziyə içməli su verilmir. Sakinlər mia.az-a müraciət edərək bildiriblər ki, ərazinin aşağı hissəsinə su verilsə də, minlərlə insanın yaşadığı yuxarı hissəyə su verilmir. ?Bu da onunla bağlıdır ki, su ?Azərsu? tərəfindən aşağı təzyiqlə verilir və nisbətən hündür ərazilərə qalxmır. Artıq neçə müddətdir ki, böyük məhrumiyyətlərlə üzləşmişik, müraciətlərimizə müvafiq qurumlar tərəfindən reaksiya verilmir və hər hansı bir tədbir görülmür. Ona görə də biz, yəni minlərlə sakin etiraz aksiyası keçirib Bakı-Bibibeybət yolunu bağlamaqdan başqa çıxış yolu görmürük. Bəlkə bundan sonra problemimiz ictimailəşər və ?Azərsu? vətəndaşlar qanuna müvafiq davranış qaydalarına əməl edə?,- deyə sakinlər bildiriblər.