Buraxılız imtahanlarının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də 12 rayon və şəhərdə keçirilmiş 11-ci və 9-cu siniflər üçün buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın saytında yerləşdirlib:
TQDK iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdi. TQDK-nın məlumatına əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunmuşdu.
http://tqdk.gov.az/orta2012net9/
http://tqdk.gov.az/orta2012net/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08