Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Üzgüçülük Federasiyasının toplantısı keçirilib. Nazirlikdən mia.az dazil olan məlumata görə, tədbirdə federasiyaya yeni prezident seçilib. Belz ki, millət vəkili Xanlar Fətiyev bir neçə il öncə işlərinin çoxluğu ilə əlaqədar istefa vermiş Elman Rüstəmovu əvəzləyib. Qeyd edək ki, Xanlar Fətiyev həm də Gəncə avtomobil zavodunun direktoru və Gəncə Futbol Federasiyasının prezidentidir.