Bu gün Arif Hacılının anasının yas mərasimində iştirak etməsi üçün verilən icazə müddəti başa çatır. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılının qardaşı Vaqif Hacıbəyli bildirib ki, bu gün anası üçün cüməaxşamı mərasimi keçirilir. Buna görə də, A.Hacılı həbsxanaya sabah qayıdacaq. V.Hacıbəyli deyib ki, A.Hacılı hazırda Zaqataladadır: ?Arif bu gün mərasimdə iştirak edəcək və sabah Bakıya, həbsxanaya qayıdacaq?. "Qafqazinfo"