Vicdan məhbusu Bəxtiyar Hacıyev azad olundu (yenilənib)
Vicdan məhbusu Bəxtiyar Hacıyev həbsdən azad olunub. Bu barədə xəbəri B.Hacıyevin dostları yayıblar.
Vicdan məhbusu Bəxtiyar Hacıyev bu gün Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Cəzasının yarısını çəkdikdən sonra gözlənilmədən azad olunan sabiq vicdan məhbusu jurnalistlərə verdiyi ayaüstü açıqlamada bildirib ki, o, dövlət başçısına ünvanladığı müraciəti əfv ərizəsi saymır.
B.Hacıyev bildirib ki, qısa bir müddətdən sonra ölkə xaricinə yollanaraq müalicə olunmaq fikrindədir. Jurnalistlərin müvafiq sualını cavablandıran gənc fəal bildirib ki, hələlik hansı işlə məşğul olacağını müəyyənləşdirməyib, yalnız onu deyə bilər ki, hüquq müdafiəçisi olmayacaq.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il mayın 18-də CM-in 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, bu gün 2 aprel hadisələri zamanı həbs olunan 3 vicdan məhbusunun da azadlığa buraxılacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08