Suriya rejimi BMT ilə əlaqəni kəsdi
[b]Əsəd: ?Xarici qüvvələrin hücumu ilə üz-üzəyik?[/b]
Suriyanın paytaxtı Dəməşqin Ərbin qəsəbəsində (qəsəbənin bir hissəsi Azad Suriya Ordusunu nəzarətindədir) BMT-nin müşahidəçiləri monitorinq aparan zaman Suriya təhlükəsizlik qüvvələri qəfil hücumlara məruz qalıb. Xəarət alan olmasa da, müşahidəçilərə olan bu hücum dünyada böyük ?yanğı? törədib. Hadisə zamanı müşahidəçi karvanın arxa avtomobillərindən birində olan Norveç televiziyası hadisə yerində çəkiliş apara bilib.
Bu gün isə Bəşər Əsəd bundan sonra BMT və Ərəb Birliyi ilə bütün danışıqları kəsdiklərini elan edib. Türkiyənin ?NTV? kanalına istinadən edən Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Əsəd bu barədə məclisdə çıxışında söz açıb: ?Biz kənardan, xarici qüvvələrin hücumu ilə üz-üzəyik. Artıq Suriya ilə bağlı qurulmuş bütün birliklərlə, o cümlədən BMT-lə danışıqları dayandırırıq. Bu gündən onlarla Suriyanın iç məsələlərini müzakirə edib, qərar verməyəcəyik. Suriya özü özünün taleyini həll edəcək?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50