Misirdə keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrinə görə, ən çox səsi ?Müsəlman Qardaşlar? hərəkatının namizədi Məhəmməd Mursi toplayıb. Məhəmməd Mursi ölkənin bəzi bölgələrində seçicilərin 95%-nin səsini qazanıb. Misirdə prezident seçkilərnin ikinci turunda 51 milyon seçici iştirak edib. Bu da ölkə seçicilərinin 40%-i qədərdir. Qeyd edək ki, Misir Hüsni Mübarək dönəmindən sonra ilk demokratik prezident seçkilərini keçirib. Seçkilərin rəsmi nəticələri bu həftənin cümə axşamı elan ediləcək.