Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Cəfər Vəliyev dünyasını dəyişib. Azərbaycanda bir çox dövlət vəzifələrində, o cümlədən 8 il daxili işlər naziri işləmiş MSK-nın keçmiş sədrinin bu gün 2-i əxri Xiyabanda dəfn ediləcəyi gözlənilir. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, dünyasını dəyişdiyi günə qədər Cəfər Vəliyev əslən İmişilidən olan və Bakıda bir çox obyekt və yüksəkmərtəbə bina sahibi olan biznesmen ?Titanik Tofiq?in məsləhətçisi vəzifəsində işləyib. Bəziləri əslində, MSK-nın keçmiş sədrinin biznesmeni ?çətir?i altına alaraq, təzyiqlərdən qoruduğunu da iddia edirlər. Onu da qeyd edək ki, Cəfər müəllim "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Allah rəhmət eləsin!