Prezident Hidayət Orucovu izdən çıxartdı
[b]Onun yerinə Elşad İskəndərov təyin edilib[/b]
Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini vəzifəsindən azad edib. Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda bildirilib ki, Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Qeyd edək ki, prezidentin digər sərəncamı ilə Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Məlumat üçün bildirək ki, Elşad İskəndərov İslam Konfransı Gənclər Forumun baş katibi olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08