Bu gün Prezident İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Müstəqil İnformasiya Agentliyi President.az saytına istinadən xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.