Azərbaycanda keçirilən 57-ci Eurovision musiqi yarışmasını ölkə prezidenti ailəsi ilə bərabər izləyib. Prezidentin rəsmi saytının yaydığı məlumata görə, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıda keçirilən 57-ci ?Eurovision-2012? mahnı müsabiqəsinin final mərhələsini izləyib.