ViP: "Hakimiyyət ucuz hərəkətlərə yol verir"
"Azərbaycan hakimiyyəti Konstitusiyaya uyğun olaraq, ölkədə normal siyasi fəaliyyət üçün şərait yaratmaq əvəzinə, müxalifət partiyalarına və onların tərəfdarlarına qarşı təzyiqləri gücləndirməkdə davam edir".
Bu fikirlər Vətəndaş və İnkişaf Partiyasının bəyanatında yer alıb. Bəyanatda bildirilir: "Hakimiyyətin bu çərçivədə davranışları elə bir arzuedilməz həddə çatıb ki, artıq müxalifət partiyalarının rəhbərlərinə qarşı milli-mənəvi dəyərlərlə əsla bir araya sığmayan ucuz hərəkətlərə yol verilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadğı evin qarşısında məqsədli şəkildə təşkil və idarə olunan aksiyalar ölkədə siyasi mübarizə və rəqabətin milli-mənəvi dəyərlərin fövqünə çıxarıldığını əyani surətdə təsdiqləyir. Ailə və ailəyə münasibət ənənəsi ilə dünya xalqlarına örnək olan Azərbaycanda ailənin siyasi mübarizədə hədəfə götürülməsi halları yolverilməz olduğu qədər də təəssüf və hiddət doğurucudur".
VİP ölkədaxili siyasi mübarizədə bu kimi neqativ hallara təcili son qoyulmasını və hakimiyyətin qeyd olunan aksiyaların təşkilatçılarına qarşı ciddi tədbirlər görməsini tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51