Parlamentin yaz sessiyasının müddəti bir ay uzadılacaq. ?Media forum? saytı xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatmalı idi. Bahar Muradova bildirib ki, sessiyasının uzadılması gündəlikdə vacib qanun layihələrinin olması ilə bağlıdır: ?Artıq deputatlar sessiya müddətinin uzadılması üçün müraciət ediblər və parlament iyun ayında da çalışacaq?.