Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Milli Ordunun əsgəri 19 yaşlı Anar Malik oğlu İbrahimov Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb və o, hemoragik vaskulit xəstəliyindən dünyasını dəyişib. A.İbrahimov Zəngilan hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.