Azərbaycanda növbəti zəlzələ olub
Azərbaycanda zəlzələ olub. Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 24 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 3,0 bal olub. Şəkidə və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08