Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan haqları komitəsi Parisdə siyasi məhbuslar mövzusunda müzakirə aparıb. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanovun da iştirak etdiyi iclasda 20-dək çıxış dinlənilib. Sonda siyasi məhbus anlayışının meyarlarının müəyyənləşdirilməsi ilə əlaqədar ayrıca məruzənin hazırlanmasına səs verilib.