Bu gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın sədri, millət vəkili İqbal Ağazadə Norveç İnsan Haqları Evinin icraçı direktoru xanım Maria Dahleni qəbul edib. Qəbulda ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının vəziyyəti, siyasi məhbus problemi müzakirə olunub. Ölkədə siyasi məhbus probleminin yaranmasının bir səbəbinin də ədalətli məhkəmə sisteminin olmaması, məhkəmələrin icra orqanının şifarişi əsasında qərar çıxardığını önə çəkən İqbal Ağazadə ölkədə demokratikləşmə istiqamətində islahatların aparılmasını vacib hesab edib. Bu sahədə siyasi partiyaların, o cümlədən Ümid Partiyasının fəaliyyəti, rolu və beynəlxalq demokratik birliklərlə əməkdaşlığı haqda geniş fikir mübadiləsi aparılıb.