iran Azərbaycandakı səfirini geri çağırdı (Yenilənib)
İranın Xarici İşlər Nazirliyi Bakıdakı səfiri Məhəmməd Bağır Bəhramini geri cağırıb. Səfirin geri çağırılmasına İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilir. Mia.az "SalamNews"a istinadən xəbər verir ki, hələlik diplomatın Tehrana məsləhətləşmələr üçün çağırıldığı ehtimal olunur. Lakin onun nə zaman geri dönəcəyi məlum deyil. Səfir sabah öz ölkəsinə yola düşəcək.
Son məlumata görə, səfir artıq öz ölkəsinin Xarici İşlər Nazirliyinin çağırışı ilə İrana gedib. Onun məsləhətləşmələrdən sonra Azərbaycana qayıdacağı bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08