Fəvvarələr meydanında aksiya keçirildi(yenilənib)
İctimai Palatanın bu günə planlaşdırdığı etiraz aksiyası bu gün saat 13-də Fəvvarələr meydanında başlayıb. 50-yə yaxın İctimai Palata fəalları Fəvvarələrlə meydanına daxil olaraq "İstefa", "Azadlıq" şüarları səsləndiriblər.
Qeyd edək ki, etiraz aksiyasının məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palataya əlverişli mitinq meydanı ayırmasından imtinadır. IP fəallarının daha bir qrupu Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq şüar səsləndiriblər. Polislər və mülki geyimli cəza dəstələri fəallar qarşı aqressivlik nümayiş etdirib, onları döyüblər. 20-dən artıq İP fəalı saxlanılaraq üzərinə "Eurovision" yazılmış avtovuslara doldurulublar.
Bənzər aksiya Sabir bağında da olub. Burada da fəalların aksiyası zorakılıqla dağıdılıb.
AXCP-dən aldığımız məlumata görə aksiya zamanı aşağıda adları çəkilən partiya üszvləri saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıblar:
Gözəl Bayramlı - AXCP sədrinin müavini
Şəkər İsgəndərli - AXCP Yevlax şöbəsinin sədri
Rafiq Daşdəmirov - AXCP-nin təşkilat şöbəsinin müdiri
Əbülfəz Qurbanlı - AXCP GK sədri
Elçin Dəmirov - AXCP Binəqədi şöbəsinin fəalı
Hüseyn Fərhadov - AXCP fəalı
Səxavət Mehtiyev - AXCP fəalı
Nuru Nuruzadə - AXCP fəalı
Nihad Hüseynov - AXCP fəalı
Dəyanət Babyev - AXCP GK
Vüsal Bayramov - AXCP GK
Sərvər İbrahimov - AXCP GK
Abdulla Mahmudov - AXCP fəalı
Fərhad Abbasov - AXCP fəalı
Elşən Ağayev - AXCP fəalı
Sadiq Hüseynov - AXCP fəalı
Lalə Cəbrayılova - AXCP Qadınlar Şurası
Mərdanə Hüseynova - AXCP Qadınlar Şurası
Afina Əliyeva - AXCP Qadınlar Şurası
Polis aksiyanın qətnaməsinin oxunmasına imkan verməyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08