Ziyalılar isa Qəmbərlə görüzdülər, aclıq edənlərə baz çəkdilər
Ziyalılar Forumunun üzvləri politoloq Eldar Namazov, tarixçi alim Cəmil Həsənli və akademik Rafiq Əliyev bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb. Görüşdən sonra ziyalılar Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirənlərə də baş çəkiblər. Ziyalılar aksiya iştirakçılarından aclığı dayandırmağı xahiş ediblər.
R.Əliyev deyib ki, aclıq aksiyası keçirmək Allahın insana bəxş etdiklərinə qəsd etmək deməkdir. C.Həsənli isə qeyd etdi ki, aclıq aksiyası sivil mübarizə formasının mümkün olmadığı avtoritar rejimli ölkələrə xas bir aksiyadır.
Xatırladaq ki, mayın 15-dən vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov, Əhəd Məmmədli, Babək Həsənov, Vidadi İsgəndərli, Rüfət Hacıbəyli və Şahin Həsənli özlərinin qanunsuz həbsinə və Azərbaycanda azadlıqların ayaq altına salınmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar. Mayın 15-dən İP-nin bir qrup üzvü də vicdan məhbuslarına dəstək olaraq aclıq aksiyasına başlayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51