"Mayın 25-də müxaliət nümayəndələri Bakı şəhərində dənizkənarı parkda dinc gəzintiyə çıxmışlar. Təəssüf ki, polis əməkdaşları müxalifət nümayəndələrinə qarşı kobud fiziki güc tətbiq edərək, onlarıın gəzintisinə mane olmuş, bir neçə nəfər saxlanmış və polis bölməsinə çatdırılmışdır". Azərbaycan Liberal Partiyası müxalifət nümayəndələrinə qarşı polis zorakılığını inasanların konstitusion istirahət və sərbəst toplaşma azadlığına qəsd kimi dəyərləndirir və pisləyir. ALP saxlanılmış müxalifət nümayəndələrinin dərhal azad olunmasını tələb edir.