Milli Məclisin keçmiş üzvü, müstəqil fikirləri və obyektiv iqtisadi təhlilləri ilə seçilən Nazim Məmmədov ordu rəhbərliyini cinayətdə suçladı. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, keçmiş deputat ?Facebook? sosial şəbəkəsindəki statusunda son illər orduda yaşanan faciəli hadisələrlə bağlı mövqeyini açıqlayıb. Keçmiş deputat paylaşdığı statusda ?Əsgərlərin birbaşa hərbi əməliyyatlar olmayan dövrdə ölməsi, öldürülməsi, özünə və yoldaşına qəsd etməsi və sair hadisələr birbaşa komandirlərin, ordu rəhbərliyinin cinayət törətməsidir. Cinayət var cəza yox, şiddətlə qınayıram!?, - deyib. Keçmiş deputatın bu fikirlərinə Müdafiə Nazirliyindən hələ ki mövqe öyrənə bilməmişik. Yaxın saatlarda bu istiqamətdə cəhdlərimiz davam edəcək.