Azərbaycanın Şəki rayonunda yenidən zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 20:51:30 -da Şəki rayonu ərazisində, Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4 bala qədər, Şəki şəhərində 3 bala qədər hiss olunub. İnsan tələfatı yoxdur.