Ötən gün axşam saat 22.30 radələrində Siyəzəndə intihar hadisəsi baş verib. 1984-cü il təvəllüdlü Elsevən Qasım oğlu Qasımov zəhərlənmə diaqnozu ilə Siyəzən rayon Müalicə-Diaqnostika Mərkəzi xəstəxanasına gətirilib. Siyəzən rayon prokuroru Murad Kazımovun verdiyi məlumata görə, xəstəxanada Elsevən Qasımovun sirkə turşusu içdiyi məlum olub, ona ilkin tibbi yardım göstərilib və daha sonra onu Bakıya Respublika Toksikologiya Mərkəzinə göndərilib. Lakin Elsevər Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Mərhum tibbi ekspertizadan keçiriləndən sonra toplanmış materiallar Siyəzən rayon Prokurorluğuna göndəriləcək. Qeyd edək ki, Elsevən Qasımov ailəlidir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır(anspress).