Ziya Məmmədov: ?Eurovision? vaxtı nəqliyyatda ödəniz kartla ediləcək
?Eurovision?da istər turistlər, istərsə də yerli sərnişinlər ictimai nəqliyyatda və ?London taksiləri?ndə ödənişləri kart vasitəsi ilə həyata keçirə biləcəklər. Bunu jurnalistlərə açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədov deyib.
?Avtobuslarda və ?London taksiləri?ndə pos-terminallar qurulub, istər turistlər, istərsə də yerli sərnişinlər kartları pos-terminallara sürtməklə ödəniş edəcəklər. Burda heç bir problem yoxdur. Bizim işlərimiz tam hazır vəziyyətə gətirilib. Bilirsiz ki, ictimai nəqliyyatda yaxşı mənada mərhələ-mərhələ dəyişikliklər edilir?.
Ziya Məmmədov paytaxt yollarının abadlaşdırılması ilə bağlı da intensiv işlərin getdiyini deyib.
?Biz prezidentin tapşırığı ilə Bakı şəhər icra hakimiyyəti və digər qurumlarla birgə yolları kvartal-kvartal bərpa edirik? deyə nazir bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08