Tağı Əhmədov metrolarda qəzet və ticarət közklərinə qadağa qoydu; sahibkarlar ayağa qalxıb
Metronun bir sıra stansiyalarının keçidlərindəki ticarət obyektlərinin qapadılması kiçik sahibkarları ayağa qaldırıb. Metro rəhbərliyi kiçik sahibkarlara bunu ?Eeurvisyon? mahnı yarşıması ilə bağlı tədbirlər planı kimi izah etmyə çalışıb. Lakin may ayının 28-dək sürəcək bu qapatma qərarı obyekt sahiblərinin kəskin etirazları ilə müşayiət olunur.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən metronun ?20 yanvar? stansiyasındakı keçiddə alver edən kiçik sahibkarlar deyib ki, onlar uzun illərdir bu ərazidə alver edirlər: ?Hətta prezident İlham Əliyev metronun üstündə körpü açılışına gələndə də, bizim fəaliyyətimizə mane olmadılar. Amma bir mahnı yarışmasına görə bizləri 20 gün işimizdən, qazancımızdan məhrum edirlər. Maraqlı burasıdır ki, işləmədiyimiz müddətdə bizdən icarə haqqını alınıb-alınmayacağına da aydınlıq gətirməyiblər?.
Sahibkarlar onu da bildiriblər ki, qadağa qərarı hamıya da şamil olunmayıb: Bəzi obyekt sahiblərinə qadağa qoyulsa da, bəzilərinə bəlli olmayan səbəblərdən ?yaşıl işıq? yandırılıb?.
Xatırladaq ki, metro rəhbərliyinin qadağa qərarı qəzetlərə də problem yaradıb. Belə ki, br çox metrostansiyalarında qəzet satışını həyata keçirən ?polka və stendlər də götürülüb. Bu isə həm qəzetlərin tirajına, həm də satışına ciddi təsir göstərməkdir. Artıq ?İçərişəhər?, ?Sahil? və digər stansiyalarda bəzi qəzet köşkləri qapadılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08