Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobus aşıb. Şahidlərin Trend-ə verdiyi məlumata görə, avtobusda sərnişinlər olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Ölən və xəsarət alanlar barədə hələ ki məlumat verilmir.