Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilirlər: Dövlət orqanlarından Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini Qeyri-hökumət təşkilatlarından Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vəliyeva Dilarə Hətəm qızı -?Mülk? İctimai Assosiasiyasının prezidenti İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Nuriyev Əliməmməd Mali oğlu - ?Konstitusiya? Araşdırmalar Fondunun prezidenti Sərncamda qeyd olunur ki, ?Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2579 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ? 4, maddə 276) ləğv edilsin.