?Azəriqaz? İstehsalat Birliyinin sabiq rəhbəri, hazırda işsiz olan Əlixan Məlikovun bir neçə gün əvvəl Kürdəmirin icra başçısı vəzifəsindən azad olunmuş qardaşı Fəxrəddin Məlikov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunması təsdiqləndi. Müstəqil İnformasiya Agentliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, Fəxrəddin Məlikovun təyinatı dünən verilib: ?O, dünən icra aparatına təqdim olundu. Fəxrəddin Məlikov humanitar məsələlər üzrə müavin vəzifəsinə gətirildi. Humanitar məsələlər üzrə müavin Eldar Ağayev isə, az öncə rəhmətə getmiş Füzuli Aslanovun yerinə, yəni birinci müavin vəzifəsinə keçirilməklə, başçının vəzifələrini icra edir?. Onu da qeyd edək ki, dünən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayev vəzifəsindən azad olunub. O, Sumux rayonuna başçı təyin olunub.