Prezident 8 rayona bazçısı təyin etdi, 2 bazçı vəzifəsiz qaldı
Prezident İlham Əliyev bir sıra rayonların icra başçılarının dəyişdirilməsi ilə bağlı bu gün sərəncam imzalyıb. İ.Əliyevin sərəncamı ilə Əlibaba Nəcəf oğlu Əliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin başqa bir sərəncamı ilə Qəzənfər Arif oğlu Ağayev Masallı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və o Astara ron icra hakimiyyətinin başçısı təyin olunub. Prezident həmçinin Taleh Azay oğlu Qaraşov Astara rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi və Lənkəran şəhəri İcra hakimiyyətinin başçı təyin olunması barədə sərəncamlar imzalayıb.
Prezident Adil Ənvər oğlu Vəliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalyıb. İlham Əliyevin başqa bir sərəncamı ilə Vilyam Fəhralı oğlu Hacıyev İmişli rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısı həmçinin Rafil İsrafil oğlu Hüseynov Masallı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.
Rafiq Həbibulla oğlu Niftəliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb. Onun yerinə Tofiq Hüseyn oğlu İbrahimov təyin edilib. Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08