Bərdədə ov silahından açılan atəş iki nəfərin yaralanmasına səbəb olub. Hadisə rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 6 yaşlı Emin Qarayev qoşa lülə ov tüfəngi ilə oynayarkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə silahdan açılan güllə onun qardaşı, 7 yaşlı Allahverdi Qarayevə və əmisinin həyat yoldaşı 21 yaşlı Röyalə Qarayevaya dəyib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Allahverdi Qarayevin vəziyyəti ağır olduğundan o Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.