Ötən ilin sentyabr ayında 3 nəfərin ölümü ilə nəticələnən qəza törədən eks-prezident, ASDP həmsədri Ayaz Mütəllibovun 19 yaşlı nəvəsi Mədinə Mütəllibova ilə bağlı açılan cinayət işi bağlanıb. Bu barədə MİA-ya məlumat verən ASDP-nin digər həmsədri Araz Əlizadə deyib ki, istintaq tam qanuni şəkildə aparılıb və məlum olub ki, Mədinə Mütəllibovanın təqsiri yoxdur: ?Günah piyadalarda olub. Yol ötürücüsünün 50 metrliyində baba və nənə nəvələri ilə birlikdə baryerləri aşaraq qəflətən avtomobil yoluna çıxıblar. Hadisə piyadaların günahı üzündən baş verib. Yəni, hadisə zamanı sürət həddini aşma halı da olmayıb?. Xatırladaq ki, 2011-ci il sentyabrın 8-də saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi ?Lexus? markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub. Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, o da xəstəxanada dünyasını dəyişib. Yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.