İctimai Palata (İP) aprelin 22-nə planlaşdırdığı aksiyanın yürüş-mitinq olacağını bəyan edir. Aprelin 13-də İctimai Palatanın Koordinasiya Şurası növbəti aksiyanı müzakirə edib. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib ki, 22 aprel yürüş-mitinqi üçün meriyadan ?Nərimanov?, ?Təbriz? kinoteatrları və ya metronun ?Dərnəgül? stansiyası istiqamətindəki marşrutlardan biri istəniləcək. Aprelin 8-də İP Bayıl qəsəbəsi, ?20-ci sahə? adlanan ərazidə yerləşən sürücülük məktəbinin həyətində razılaşdırılmış mitinq keçirib.